Supermarket sahiblərinin  HİYLƏLƏRİ - VİDEO
21 aprel 2021 18:12 (UTC +04:00)

Supermarket sahiblərinin HİYLƏLƏRİ - VİDEO

Böyük surermarketlərə hər gün yüzlərlə insan daxil olur. Onları davamlı məmnun etmək və eyni marketi seçmələri sahibkarlar üçün asan başa gəlmir. Burada market hiylələri onlara yardım edir.

Lent.az xarici KİV-ə istinadən böyük supermarketlərin müştəriləri əldə saxlamaq üçün istifadə etdikləri hiylələri təqdim edir:

Giriş bölümü

Araşdırmalara görə müştərilər marketə daxil olandan 10-15 saniyə heç nəyə diqqət etmirlər. Buna görə də bir çox alış-veriş mərkəzləri giriş hissəyə market arabalarını yerləşdirirlər. Girişdən sonra isə kitab və jurnallar yer alır. Burada məqsəd müştərini sakitləşdirib, təlaşı unutdurmaqdı.

Sağa dönüş

Market rəhbərliyi müştərilərin şüuraltı sağa istiqamətlənəcəyini düşünüb ən çox tələb olunan qidaları burada yerləşdirirlər. Sol tərəfdə isə kassalar yer alır.

Rəflər

Rəf marketdə əsas hissədir. Çox vaxt istehsalçı şirkət market rəhbərlərinə məhsulların rəfdəki yerinə görə əlavə məbləğ ödəyirlər. Uşaqların boyuna görə şirniyyatlar rəfin aşağı hissəsində yerləşdirilir. Bundan əlavə istifadə müddətinin bitməsinə az qalan məhsulların tez satılması üçün orta sıra rəfdən istifadə olunur. İnsanlar, adətən yuxarı hissəyə baxmadığı üçün bir çox şirkətlər məhsullarını rəfin yuxarı hissəsində yerləşməsinə etiraz edirlər.

Gündəlik qidalar

Gündəlik qidalar marketlərdə ən son sıralarda yer alır. Bunun səbəbi isə lazımi qidaları alana qədər müştəriyə digər məhsulların satışını təmin etməkdir. Market sahibləri axtardığınız qidanı tapıb, alıb və dərhal marketi tərk etmənizi istəmirlər.

Bir-birindən asılı məhsullar

Bəzi məhsullar bir-birindən asılıdır. Yəni, bir qidanı alan zaman mütləq digərini də almalısınız. Böyük market sahibləri uyğun məhsulları yaxın rəflərdə yerləşdirir. Məsələn, kola ilə çipsi, çay ilə şirniyyat. Bununla da “tək bir məhsula alacaqdım, amma çoxlu paketlərlə marketi tərk etdim”, deməyinizin səbəbi məlum oldu.

Şüuraltına təsir

Bəzən məhsulların üzərindəki qiyməti 2-3 manat deyil, 1 man 98 və ya 96 qəpik yazılır. Müştəriyə həmin məhsulu ucuz imiş kimi təqdim edilir. Fərqində olduğumuz bu hiyləyə tez-tez aldanırıq.

Bakıdakı bəzi supermarketlərdə isə xırda qəpiklər müştəriyə qaytarılmır və sahibləri bunun hesabına hər gün xeyli qabağa düşürlər.

Market dəhlizləri

Əvvəldən də dediyimiz kimi market sahibi əsas işi müştərini uzun zaman burada saxlamaqdır. Məşhur və tələbatlı məhsullar çox vaxt dəhlizlərdə yer alır. Ən az satılanlar dəhlizin əvvəlinə, ən çox satılanlar isə dəhlizin orta hissəsinə qoyulur. 

Pəncərə olmaz

Heç bir supermarketdə pəncərə yoxdur. Məqsəd müştərilərin ətrafla əlaqəsini kəsib, zamanını “oğurlamaq”dır. Bununla da bütün diqqət alış-verişə yönəlir və vaxtdan xəbərsiz oluruq. Musiqi də önəmlidir. Daha çox məhsul satışında səslənən musiqilərin rolu böyükdür. Araşdırmaya görə, müştəri marketdə 1 dəqiqə geçikirsə, bu zaman satış artır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7299
avatar

Nigar Adil

Oxşar yazılar