Kiyevdə əyləncə xatirinə kişi özünü birbaşa polis avtomobilində rahatladıb və ikincisi bu prosesi lentə alıb, bundan sonra video sosial şəbəkədə yerləşdirilib.
Lent.az-ın Ukrayna mediasına istinadla verdiyi xəbərə görə, xuliqanlıq polislərin gözündən yayınmayıb və onlar artıq saxlanılıblar.
Onlar bu hərəkəti içkili vəziyyətdə etdiklərini boyunlarına alıblar.
Üstəlik, həbs zamanı gənclərdən biri, ehtimal ki, narkotik maddənin təsiri altında avtomobil idarə edib. Buna görə onun barəsində ayrıca protokol tərtib olunub.
Polis maşınına qarşı xuliqanlığa görə kişini 4 il azadlıqdan məhrumetmə cəzası gözləyir.