Polis iki uşaq anasını amansızlıqla öldürdü - VİDEO
23 iyul 2024 19:49 (UTC +04:00)

Polis iki uşaq anasını amansızlıqla öldürdü - VİDEO

ABŞ-da polis iki uşaq anasını amansızlıqla öldürüb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, hadisə İllinoys ştatında baş verib. Gecə saatlarında evinin ətrafında 2 kişinin şübhəli hərəkətlərindən qorxan Sonya Massey adlı qaradərili qadın polisə müraciət edib. Evə gələn polislər axtarışlardan sonra ifadəsini almaq üçün qadının evinə giriblər. Bu zaman sobada qaynayan su ilə bağlı tərəflər arasında mübahisə düşüb. Qadın qazanı götürərək polisə tərəf gəlib. Bunu görən polis dərhal silaha əl atıb. Qadın üzr istəsə də, polis zabiti məhəl qoymayaraq, 2 uşaq anasına bir neçə dəfə atəş açıb öldürüb.

Hadisəni törədən polis işdən çıxarılaraq, həbs edilib.

Faktla bağlı ölkə prezidenti Co Bayden də çıxış edərək təəssüfləndiyini bildirib:

“Bir ana, dost və gənc qaradərili qadın Sonya Massey həyati təhlükə yaşadığını hiss edərək polis çağırıb. Amerikalı olaraq, hamımız bunu edər bilərik. Sonya indi həyatda olmalı idi. Onun ailəsi ədaləti haqq edir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4572
avatar

Oxşar yazılar