Pele ilə  vida mərasimi   başladı - VİDEO
02 yanvar 2023 18:55 (UTC +04:00)

Pele ilə vida mərasimi başladı - VİDEO

Braziliyada Peleni son mənzilə yola salma mərasimi keçirilir.

Lent.az xarici mediaya istinadla bildirir ki, əvvəl xəbər verildiyi kimi, hər kəs əfsanəvi hücumçu ilə doğma klubu “Santos”un stadionunda vidalaşa biləcək.

Artıq “Futbol kralı”nın cənazəsi olan tabut arenaya gətirilib və həmin dəqiqə orada bir gün davam edəcək vida mərasimi başlayıb.

Keçmiş futbolçunun cənazəsi 24 saat “Vila Belmiro” arenasının mərkəzində olacaq, bundan sonra küçələrlə yerli qəbiristanlığa aparılacaq.

Pele uzun sürən xərçəng xəstəliyindən sonra dekabrın 29-da vəfat edib. Əfsanəvi futbolçunun 82 yaşı var idi.


 

Pele ilə vida mərasini başladı

# 2688
avatar

Oxşar yazılar