Aktyor Elməddin Cəfərov və oğlu
07 iyul 2021 11:15 (UTC +04:00)

Aktyor Elməddin Cəfərov və oğlu

"Oğlum kimi istəyir alsın, amma müğənni yox" - QALMAQALLI AÇIQLAMA - - VİDEO

Aktyor Elməddin Cəfərov qalmaqal yaradacaq açıqlama verib.

Lent.az-ın canlı yayımında qonaq olan aktyor bildirib ki, oğlunun şou-biznesdə olan xanımla evlənməsinə razı olmaz: 

“Oğlum xaricdə ali təhsil alır. Ona demişəm ki, xaricdə ailə qura bilmərsən. Söylədim ki, Nihad, birdən ağlına gələr, orada qalım, evlənim, qəti olmaz. Kimlə ailə qurmaq istəyərsə, qarışmaram. Azərbaycanlı xanımla evlənə bilər. Amma oğlumun müğənni qızla ailə qurmasına razı olmaram. İstəmirəm. İstərdim ki, gəlinim evdar olsun. Müğənni xanımlar işlə bağlı ora-bura qaçırlar, çətin olur". 

Aktyor onu da bildirib ki, böyük oğlunun şou aləmində olmasını istəmir: “Böyük oğlumun yox, kiçik oğlumun sənətimə yaxın bir sənətdə olmağını istərdim. Çünki özünün dizayn, qrafika sənətinə çox həvəsi var. Bəlkə sabah montajçı ola bilər. Montaj, rejissorluq istəsə, razı olaram. Böyük oğlum Budapeşt şəhərində təhsil alır. İngilis dilini və riyaziyyatı yaxşı bilir. Xaricdə ali təhsil almaq üçün imtahan vermişdi, oradan da yüksək bal (87 bal) topladı. Budapeştdə təhsil almağını istəmirdim, birinci razı olmadım, sonra razılaşdım. Yoldaşım dedi ki, sən razı olmasan, uşaq travma yaşayar. Onu yola salanda kövrəldim, sonra başa düşdüm ki, bu lazımdır”.

Aktyor Elməddin Cəfərov və oğlu

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8148
avatar

Oxşar yazılar