İranda  gənc qızın   öldürülməsinə görə ETİRAZLAR  -  VİDEO
19 sentyabr 2022 18:14 (UTC +04:00)

İranda gənc qızın öldürülməsinə görə ETİRAZLAR - VİDEO

İranlı qadınlar əxlaq polisi tərəfindən döyülərək öldürülən Məhsa Əmini üçün etiraz aksiyası keçiriblər. 

Lent.az xəbər verir ki, qadınlar aksiyada hicablarını çıxararaq yandırıblar. Hətta sosial şəbəkələrdə saçlarını kəsdikləri anı videoya çəkib paylaşmağa başlayıblar. 

Məlumata görə, qadınlar onlara qarşı göstərilən münasibətə artıq dözə bilmədiklərini deyiblər.

“Yeddi yaşımızdan hicab geyinirik. Bunu etməsək nə məktəbə gedə, nə də işləyə bilirik. Bu gender bərabərsizliyindən artıq bezmişik”, - aksiya iştirakçıları bildiriblər.

Hazırda ölkənin bir neçə şəhərində etirazlar davam edir. 

Qeyd edək ki, bir neçə gün əvvəl 22 yaşlı Məhsa Əmini hicabı düzgün bağlamadığı üçün əxlaq polisi tərəfindən şiddətə məruz qalıb və öldürülüb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6714
avatar

Sevinc Fərid

Oxşar yazılar