Evdən qaçan meymun  qadının qulağını   qopardı -  VİDEO
17 mart 2023 19:06 (UTC +04:00)

Evdən qaçan meymun qadının qulağını qopardı - VİDEO

ABŞ-ın Oklahoma ştatının Dixon şəhərində evdən qaçan meymun qadının qulağını qoparıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, şəhər sakini Brittani Parker pəncərədən baxanda evinin qapısını açmağa çalışan meymunu görüb. Qadın polisə müraciət edib. Amerikalı qadın hüquq-mühafizə orqanlarının əməkdaşları ilə görüşmək üçün bayıra çıxanda meymun ona hücum edib, saçını yolub və qulağını qoparıb.

Hücumdan sonra meymun qaçıb. Çox keçmədən iki atəş səsi eşidilib. Məlum olub ki, Parkerin qohumu meymunu taparaq güllələyib. Polis heyvanın sahibinin adını açıqlamasa da, xüsusi icazə olmadan primatların saxlanmasının qanunsuz olduğunu aydınlaşdırıb.

Amerikalı qadının üzü zədələnib və qulağının bərpası üçün əməliyyat lazımdır. O, artıq işləyə bilməyəcəyini vurğulayıb.

# 7134
avatar

Fidan İlqar

Oxşar yazılar