Bakıda qanunsuz söküntünün qarşısı alınıb.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Süleyman Sani Axundov küçəsində yerləşən doqquzmərtəbəli yaşayış binasının zirzəmisində fiziki şəxs Qasımov Tural Məmmədtağı oğluna məxsus obyektdə qanunsuz söküntü işlərinin aparılması faktını aşkar edib.
Bu məsələ ilə əlaqədar FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində qanunsuz söküntü işləri dayandırılıb və obyekt nəzarətə götürülüb.