Bakıda sürücüsüz taksi avtomobilləri peyda olub.
Lent.az xəbər verir ki, bu barədə iddialar sosial şəbəkələrdə yayılıb. Aavtomobili görənlər üzərində quraşdırılan avadanlıqları görüb onun sürücüsüz taksi olduğu zənn ediblər.
Ancaq nəqliyyat vasitəsinin taksi yaxud hansısa dövlət orqanına məxsus təyinatlı avtomobil olması dəqiq bilinmir.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə sorğu ünvanladıq. Agentlikdən Lent.az-ın sorğusuna cavab olaraq, bildirildi ki, sözügedən görüntülərdəki avtomobil taksi kimi qeydiyyatdan keçməyib.