Oğurluq anı
15 yanvar 2022 12:10 (UTC +04:00)

Oğurluq anı

Bakıda telefon oğruları kameralara düşdü - ANBAAN VİDEO

Bakınnı Səbail rayonunda telefon və velosiped oğurluqları edən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, paytaxt ərazisində yerləşən mağazalardan birində işləyən şəxs Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə şikayət edərək obyektə müştəri kimi gələn bir nəfərin kassanın yanında ona məxsus 2 ədəd mobil telefonu oğurladığını bildirib.

Hadisə ilə bağlı dərhal araşdırmalara başlanılıb.

Bölmə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat nəticəsində həmin hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ümüdbəy Babayev qısa zamanda saxlanılıb. Araşdırma zamanı onun paytaxtın Yasamal, Nərimanov və digər rayonlarında da eyni üsulla, yəni mağazalara müştəri kimi daxil olub satıcının başının qarışmasından istifadə edərək kassadan pul və mobil telefonlar oğurladığı müəyyən edilib. Ümüdbəy Babayevin bu üsulla paytaxt ərazisində 10-dan mağazadan oğurluq etdiyi məlum olub. Onun bəzi mağazalardan oğurluq etməsi müşahidə kameraları vasitəsi ilə də görüntülənib.

9-cu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat zamanı binaların dəhlizlərində olan velosipedləri oğurlayan şəxs saxlanılıb. Tədbir nəticəsində əvvəllər məhkum olunmuş paytaxt sakini Kənan Məmmədov tutulub. Onun Səbail rayonunda bir nəfərin dəyəri 1200 manat olan velosipedini oğurladığı sübuta yetirilib. Kənan Məmmədovun da etdiyi oğurluq kameralar vasitəsi ilə lentə alınıb. Saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Faktla bağlı hər iki şəxs barəsində 9-cu Polis Bölməsində toplanan materiallar Səbail rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Ümüdbəy Babayev və Kənan Məmmədovun paytaxt ərazisində digər analoji cinayətər etdikləri istisna olunmur. Bu şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına, "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.

Bakıda telefon və velosiped oğurlayanlar tutuldu

# 3093
avatar

Mehman Nəbiyev

Oxşar yazılar