Bakıda qanunsuz toy
15 mart 2021 17:13 (UTC +04:00)

Bakıda qanunsuz toy

Bakıda restoranda keçirilən toy yarımçıq qaldı - VİDEO

Bakının Xətai rayonunda toy mərasimin keçirilməsinin qarşısı alınıb.
    
DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, Xətai rayon Polis İdarəsinə rayon ərazisində yerləşən restoranlardan birində toy mərasiminin keçirildiyi barədə məlumat daxil olub. Polis əməkdaşları mərasim keçirilməsinin qarşısını alıb. Sanitar-epidemioloji normaları pozaraq toyda iştirak edən 31 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək hər biri 200 manat miqdarında cərimə edilib.

Toy mərasiminin təşkilinə şərait yaradan restoranın inzibatçısı R.Mirzağayev isə 4000 manat məbləğində cərimələnib.

Bakıda restoranda toy etmək istədilər

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4086
avatar

Mehman Nəbiyev

Oxşar yazılar