Bakıda narkotikin təsirində "avtoş"luq edən  həbs olundu - VİDEO
02 mart 2024 10:29 (UTC +04:00)

Bakıda narkotikin təsirində "avtoş"luq edən həbs olundu - VİDEO

Bakıda narkotik vasitənin təsiri altında avtoxuliqanlıq hərəkətləri edən sürücü həbs edilib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən xəbərə görə, Sabunçu rayon Polis İdarəsinin DYP Şöbəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydasını pozduğu üçün “VAZ 2106” markalı, 90-TK-116 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünə “saxla” işarəsi verilsə də o, buna məhəl qoymayaraq hərəkətini davam etdirib.

Görülən tədbirlər nəticəsində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün təhlükə yaradan sürücü Əsgərov Rəşad Fuad oğlu saxlanılıb.

Sənədləri yoxlanılan zaman R.Əsgərovun sürücülük hüququnun olmadığı və idarə etdiyi nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının başqa avtomobilə məxsus olduğu aşkarlanıb, eləcə də sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı R.Əsgərovun narkotik vasitə qəbul etməsi də müəyyən olunub.

Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə R.Əsgərov 20 sutka inzibati qaydada həbs edilib.

# 2403
avatar

Oxşar yazılar