Bakıda narkotik satılan  yaşayış binası mühasirəyə alındı -ŞOK GÖRÜNTÜLƏR
22 may 2025 10:31 (UTC +04:00)

Bakıda narkotik satılan yaşayış binası mühasirəyə alındı -ŞOK GÖRÜNTÜLƏR

Bakının Yasamal rayonunda yerləşən yaşayış binalarından birinin blokunda naməlum şəxslərin narkotik vasitə istifadə etməsi və digər qeyri-adekvat hərəkətləri ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər araşdırılıb.

DİN-in mətbuat xidmətinin bölmə rəisi Nurlan Əliyev Lent.az-a bildirib ki, həmin görüntülərin əks olunduğu yaşayış binasında narkotik aludəçilərinin intensiv hərəkəti ilə bağlı məlumatlar Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən yoxlanılmaqla ərazi müşahidəyə götürülüb. Müəyyən edilib ki, həmin binada olan mənzillərin birində narkotik satışının təşkili ilə bağlı əsaslı şübhələr var. 

Davam etdirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 38 yaşlı Elgün Əliyev saxlanılaraq həbs edilib. Ondan 1 kiloqram 550 qram narkotiv vasitə heroin, 1 kiloqram 300 qram psixotrop maddə metamfetamin  və elektron tərəzi aşkarlanaraq götürülüb.

Hazırda yaşayış binası ətrafında profilaktik tədbirlər diqqətdə saxlanılır. 

Faktla bağlı başlanan cinayət işi üzrə araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1774

Oxşar yazılar