Ukraynalı qızları "ovlayan"  azərbaycanlılar TUTULDU
22 may 2025 11:10 (UTC +04:00)

Ukraynalı qızları "ovlayan" azərbaycanlılar TUTULDU

Ukraynada qalma hüququ əldə etmək üçün pul qarşılığında yerli qadınlarla saxta nikah bağlıayan əcnəbilər saxlanılıb.

Lent.az xəbər verir ki, onlara qarşı cinayət işi açılıb.

Qeyd olunur ki, sözügedən əcnəbilərin ikisi Özbəkistan, ikisi isə Azərbaycan vətəndaşıdır. Onlar sərhədi qanunsuz keçmək və sonradan Ukraynada leqallaşmaq üçün saxta nikah yolu ilə bu qanunsuz sxemdən istifadə ediblər.

Həmin miqrantların saxta nikah üçün seçdiyi ukraynalı qadınlar maddi cəhətdən çətin vəziyyətdə olan və pul qarşılığında nikaha razılaşanlar olublar. Buna görə əcnəbilər təşkilatçılar 1-3 min dollar arasında pul veriblər. Bu məbləğin içindən saxta arvadlara isə 10 min qrivnaya qədər ödənilib.

Bu nikah əsasında əcnəbilərə Ukraynada qanuni şəkildə yaşayış icazəsi almaq hüququ verib.

Maddənin sanksiyası yeddi ildən doqquz ilədək azadlıqdan məhrumetmə cəzasını, həmçinin üç ilədək müəyyən vəzifələri tutmaq yaxud müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrumetmə və əmlakın müsadirəsini nəzərdə tutur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 940

Oxşar yazılar