Lənkəranda DƏHŞƏT:  dostlar kişiyə işgəncə verib  videosunu çəkdilər
21 may 2025 10:58 (UTC +04:00)

Lənkəranda DƏHŞƏT: dostlar kişiyə işgəncə verib videosunu çəkdilər

Lənkəran rayonunda 33 yaşlı şəxsə əzab verməklə zorakı hərəkətlər törədilməsi ilə bağlı məlumatlar yayılıb. 

DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a bildirilib ki, hadisə mart ayında şəxsi münasibətlər zəminində baş verib və həmin əməli törətməkdə şübhəli şəxslər müəyyən olunaraq saxlanılıblar. Polis əməkdaşları tərəfindən dostluq əlaqəsində olan 2 nəfər — 39 və 34 yaşlı şəxslər müəyyən olunaraq saxlanılıblar. 

Lənkəran Şəhər Rayon Polis Şöbəsində fakta görə Cinayət Məcəlləsinin əzab vermə maddəsi ilə başlanan cinayət işi üzrə onlar şübhəli şəxs qismində tutularaq cinayət məsuliyyətinə cəlb olunublar. 

Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, saxlanılan şəxslər zərərçəkənə işgəncə verərkən videosunu çəkiblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 996

Oxşar yazılar