Bakıda "Jiquli" mikroavtobusa çırpıldı - HADİSƏ ANI
02 fevral 2023 11:22 (UTC +04:00)

Bakıda "Jiquli" mikroavtobusa çırpıldı - HADİSƏ ANI

Bakıda ağır yol qəzası olub.

Lent.az xəbər verir ki, hadisə Xəzər rayonu Mərdəkan qəsəbəsində qeydə alınıb. "Mercedes" markalı mikroavtobus qəfil yola çıxarkən, "VAZ-2106" markalı avtomobil sürətlə ona çırpılıb.

Nəticədə minik avtomobilinin sürücüsü yaralanıb. Avtomobillərə ciddi ziyan dəyib.

Məsələ ilə əlaqədar Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Lent.az-a bildirib ki, sürücülər ara məsafəsi saxlamalı və qaydalara düzgün riayət etməlidir:

"Gördüyünüz kimi, hadisələr hərəkətin intensiv olmadığı vaxtlarda da baş verir. Sadəcə olaraq, ara məsafəsinə diqqət yetirilməlidir. Faktla bağlı Xəzər rayon Polis İdarəsində araşdırma aparılır".

Hadisə anının görüntülərini təqdim edirik:

# 2625
avatar

Oxşar yazılar