Bahalı evləri ucuz satan dəllal tutuldu - VİDEO
05 oktyabr 2022 17:03 (UTC +04:00)

Bahalı evləri ucuz satan dəllal tutuldu - VİDEO

Elan saytlarında vətəndaşlara qarşı dələduzluq edilib.

Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyindən bildirilib. Qeyd olunub ki, daşınmaz əmlak saytlarında “bahalı evlərin ucuz qiymətə satışı” adı altında elanlar yerləşdirməklə vətəndaşları kütləvi şəkildə aldadadaraq “beh” alan 33 yaşlı Röyal Hüseynov polis əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib. O, ilkin ifadəsində onlarla şəxsə qarşı dələduzluq etdiyini etiraf edib.

Araşdırmalar davam etdirilir. 

DİN vətəndaşlara tövsiyə edir ki, kirayə, yaxud digər daşınmaz əmlakla bağlı elan saytlarında tanımadıqları şəxslərə onlayn ödənişlər etməsinlər.

# 2616
avatar

Oxşar yazılar