Qazaxıstanın Astana şəhərində yaşayan bloger Aygül Berdigalievanın paylaşdığı görüntüləRi sizə təqdim etmişdik.
Lent.az xəbər verib ki, Aygül xanım yeni paylaşımlar edib.
O ilk videosunda qeyd edir ki, qəza yerindən tapdığı sırğanın sahibi gənc qadın idi, və başını yaylıqla çeçen xanımları kimi arxadan bağlamışdı.
İkinci videoda isə çox sevinərək bildirir ki, sırğaların sahibi gənc qadın uzun müddət komada qaldıqdan sonra tapılıb:
“Mən hislərimi bilmirəm necə bölüşüm. Təsəvvür edirsiniz, biz sırğanı tapdıqda o xanım komadan ayılıb. O, hamilədir və bətnindəki uşaq da hazırda salamatdır. Öyrəndim ki, bu sırğanı ona toy hədiyyəsi olaraq qayınanası alıbmış”.
***
09:52
Qazaxıstanın Astana şəhərində yaşayan bloger Aygül Berdigalievanın paylaşdığı görüntülər çox təsirlidir.
Lent.az-ın məlumatına görə, Aygül xanım paylaşdığı videoda xəbər verir ki, Aktauda AZAL-ın təyyarəsi qəzaya düşdükdən sonra sağ qalan qadın sərnişinlərdən biri deyib ki, qiymətli sırğamı itirmişəm onu tapmaq istəyərdim.
Aygül xanım bu barədə belə deyir: “Mən ona söz verdiyim kimi, getdim hadisə yerinə və bu sırğanı tapdım. Məndədir, yalnız o vaxt təqdim edəcəm ki, bu bahalı əşyanın ona məxsus olduğunu sübut etsin. Onunla heç olmasa bir fotosunu təqdim eləsin”.
Bu barədə videonu təqdim edirik: