Sovet Ordusunun hərbi cinayətləri – Bakı, Tbilisi, Vilnüs...
20 yanvar 2025 20:15 (UTC +04:00)

Sovet Ordusunun hərbi cinayətləri – Bakı, Tbilisi, Vilnüs...

Sovet Ordusu 1990-cı il yanvarın 19-dan 20-nə keçən gücə paytaxt Bakıya daxil olaraq kütləvi qırğın həyata keçirdi. Xalqın müstəqillik tələbini boğmaq niyyəti güdən həmin hadisələr zamanı 130-dan çox soydaşımız həlak oldu, yüzlərlə insan yaralandı və həbs edildi.

Azərbaycanı yasa boğan bu hadisə hər il Ümumxalq Hüzn Günü kimi qeyd olunur. Sovet Ordusu çöküşünün son illərində Bakıda tətbiq etdiyi zorakılıq metodunu digər şəhərlərdə də istifadə etdi.

Lent.az 20 Yanvar faciəsi ilə yanaşı, Sovet Ordusunun digər müttəfiq respublikaların paytaxtında törətdiyi hərbi cinayətlər barədə yazını təqdim edir:

Tbilisi – 9 aprel 1989-cu il

Tbilisidə parlamentin binası qarşısında 1989-cu il aprelin 4-də Gürcüstanın müstəqilliyi uğrunda başlanmış dinc aksiya sovet qoşunları tərəfindən aprelin 9-da dağıdılıb və aksiya iştirakçılarından 21 nəfəri qətlə yetirilib, yüzlərlə adam hələ də tərkibi müəyyən edilməmiş qazdan zəhərlənib.

1989-cu ilin 9 aprel faciəsindən sonra, Gürcüstanın müstəqilliyin bərpası qarşısıalınmaz şəkli aldı. 1991-cı ilin 31 martında Gürcüstan Prezidenti Zviad Qamsaxurdiya vahid Gürcüstan miqyasında referendum keçirdi. Referendumda sadə Gürcüstan vətəndaşlarına yeganə sual verildi: “Gürcüstan dövlətçiliyinin 1918-ci ilin 26 may müstəqillik bəyənnaməsinə müvafiq olaraq bərpa olunmasına razısız yoxsa yox?”.

Referendumda gürcü seçicilərin 90% iştirak etdi, onlardan 90% müstəqilliyi seçdi. O, da vacibdir ki, sorğuda hələ Gürcüstanın tam nəzarəti altında olan Abxaziya və Cənubi Osetiya sakinləri də iştirak edirdilər.

1991-ci ilin 9 aprelində, 2 il əvvəl Rusiya ordusu tərəfindən öldürülənlərə hörmət olaraq, Gürcüstan Prezidenti Zviad Qamsaxurdiya vahid Gürcüstanın müstəqilliyini elan etdi.

Vilnüs – 11-13 yanvar 1991-ci il

1991-ci il yanvarın 13-də Litva paytaxtı Vilnüs şəhərinin televiziya mərkəzinin yaxınlığında faciəli hadisələr baş verdi, 13 nəfər həlak oldu.

İnsan tələfatına səbəb kimi Sovet Ordusunun Litvanın müstəqilliyini tələb edən kütləyə güc tətbiq etməsi, odlu silahdan atəş açması olub. Hadisələr zamanı 600-dan çox insan da xəsarət alıb.

Litvada 1991-ci il yanvarın 13-də törədilmiş cinayətlərin istintaqı zamanı keçmiş ehtiyatda olan polkovnik Yuri Mel, keçmiş DTK zabiti Mixail Qolovatov və SSRİ-nin keçmiş müdafiə naziri Dmitri Yazov da daxil olmaqla 67 nəfər məhkum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 657
avatar

Vüqar İsmayılov

Oxşar yazılar