Tramp “TikTok”un ABŞ-dakı fəaliyyəti ilə bağlı sərəncam imzaladı
21 yanvar 2025 12:09 (UTC +04:00)

Tramp “TikTok”un ABŞ-dakı fəaliyyəti ilə bağlı sərəncam imzaladı

ABŞ prezidenti Donald Tramp "TikTok" sosial şəbəkəsinə qadağanın 75 gün təxirə salınması barədə yeni sərəncam imzalayıb.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, sərəncamda Ədliyyə Nazirliyinə qanuna əməl etməyən hər hansı təşkilata qarşı tədbir görülməməsi və ya cərimə tətbiq edilməməsi tapşırılıb.

Qeyd olunur ki, birinci səlahiyyət müddətində milli təhlükəsizlik səbəbi ilə proqrama qadağa qoymağa çalışan Tramp ikinci andiçmə mərasimindən əvvəl “TikTok”u “xilas edəcəyinə” söz verib. Qadağadan sonra ABŞ-da daha əvvəl tətbiqin bir neçə saat bağlandığı da vurğulanır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 819
avatar

Oxşar yazılar