"Albert Rıjı" Türkiyədə "Lotu Quli"dən necə qaça bilmişdi? - ANBAAN VİDEO
01 iyul 2022 16:10 (UTC +04:00)

"Albert Rıjı" Türkiyədə "Lotu Quli"dən necə qaça bilmişdi? - ANBAAN VİDEO

Bir qədər əvvəl qətlə yetirilən “Albert Rıjı” ləqəbli kriminal avtoritet Əli Heydərovla bağlı məqamlar ortaya çıxıb.

Lent.az-ın məlumatına görə, illər öncə Türkiyənin Ədirnə şəhərinə gələn “Albert” qeyri-qanuni yolla Yunanıstana keçmək istəyib. Bu məqsədlə o, qaçaq yolla bu ölkəyə adamlar keçirən şəxslərlə görüşüb. Hətta qaçışın vaxtı belə müəyyənləşib.

Amma sən demə, həmin vaxt İstanbulda yaşayan “Lotu Quli” ləqəbli digər azərbaycanlı kriminal avtoritet Nadir Səlifov öz düşmənini zərərsizləşdirmək üçün Ədirnəyə qardaşı “Namiq Bakınski” başda olmaqla adamlarını göndərib. Onlar Ədirnədəki kafelərin birində “Albert”i tapa biliblər. Bu vaxt onlar arasında qalmaqal olub. Daha sonra isə qalmaqal atışmaya çevrilib. 

Yerli Ədirnə TV-nin müxbiri də təsadüfən hadisə yerində olub və baş verənləri lentə ala bilib. Kadrlardan da göründüyü kimi, Heydərov “Quli”nin adamlarının əlindən qaçıb qurtulub.

"Albert Rıjı" Türkiyədə "Lotu Quli"dən necə qaça bilmişdi?

# 3615
avatar

Oxşar yazılar