Yəməndə qızılcadan  77 uşaq ölüb
17 aprel 2023 11:44 (UTC +04:00)

Yəməndə qızılcadan 77 uşaq ölüb

Birləşmiş Millətlər Təşkilatı (BMT) 2023-cü ilin əvvəlindən Yəməndə 9 mindən çox insanın qızılca xəstəliyinə tutulduğunu və 77 uşağın bu xəstəlikdən dünyasını dəyişdiyini açıqlayıb.

Lent.az xəbər verir ki, BMT-nin Yəməndəki Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi (OCHA) verdiyi açıqlamada, ölkədə qızılca epidemiyasının yayılması ilə bağlı rəqəmlərin dəhşətli olduğunu qeyd edib.

Bildirilir ki, 2022-ci ildə Yəməndə təxminən 22 min qızılca xəstəsi aşkarlanıb. Onlardan 160 nəfəri ölüb.

Məlumata görə, qızılca ilə yanaşı, difteriyaya yoluxma və bu cür xəstəliklərdən ölüm halları artıb.

BMT məsələ ilə bağlı dünya ictimaiyyətinə xəbərdarlıq edib. Ölkədə gedən vətəndaş müharibəsi və onun fəsadları səbəbindən səhiyyə sektorunda ciddi tibbi avadanlıq çatışmazlığı yaşandığını da vurğulayıb. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1638
avatar

Sevinc Fərid

Oxşar yazılar