Uşaqlarda ultrasəs müayinəsi nə vaxt olmalıdı? - Həkim AÇIQLADI 
08 may 2021 08:50 (UTC +04:00)

Uşaqlarda ultrasəs müayinəsi nə vaxt olmalıdı? - Həkim AÇIQLADI 

“Pediatrik ultrasəs müayinəsi ilə Türkiyə kimi ölkədə radioloqlar çox məşğul olmur. Səbəbi uşaqların müayinəsinin böyüklərə nisbətən daha çox vaxt aparması, körpələrin ağlaması və hərəkətli olmasıdır”. 

Bu fikirləri Lent.az-a açıqlamasında radioloq həkim Nazir Allahverdi bildirib.

Radioloq həkim Nazir Allahverdi

Həkim qeyd edib ki, pediatrik müayinə zamanı 6 aya qədər bud-çanaq, bir yaşına kimi transfrontal və digər qarın boşluğu orqanlarının müayinəsi nəzərdə tutulur:

“Məncə, bunların içərisində ən çətin müayinə bud-çanaq dispilaziyalarını düzgün dəyərləndirməkdir. Ölkəmizdə bu sahədə çox böyük boşluq var. Türkiyədəki təcrübəmdən deyə bilərəm ki, bu sahəyə diqqət artırılmalı və bütün dövlət xəstəxanalarında yenidoğulmuşların bud-çanaq müayinəsi tətbiq edilməlidir. Bud-çanaq çıxığı nə qədər tez aşkar olunub müalicə edilə bilsə, minlərlə uşağı normal həyata qaytarmaq mümkündür. Gec aşkar edildikdə, sonrakı yaşlarda daha ağır fəsadlara gətirib çıxara bilər. Bunun üçün ən optimal vaxt 2-6 ay arasında müayinədən keçməkdir”. 

Radioloq həkimin sözlərinə görə, körpələrdə transfrontal ultrasəsin köməyi ilə beyinin inkişafı və normal quruluşu da qiymətləndirə bilər: 

“Körpənin beynində hər hansı bir anomaliyanın olub olmadığı aydınlaşdırılır. Bununla yanaşı beyində qanaxma olub-olmaması bu müayinə ilə müəyyən edilə bilər. Ultrasəs körpə üçün tam zərərsiz bir müayinə üsuludur. 

Tiroid ultrasəsi, vaxtından əvvəl doğulmuş körpələrdə və yenidoğulmuşlarda tələb olunur. Usm müayinəsi ilə tiroid vəzinində hər hansı bir patologiyanı erkən aşkar etmə imkanı yaranır. Bu səbəblərdən körpələrdə tiroid ultrasəsi də aparılmalı və tiroid vəzi qiymətləndirilməlidir. 

Pediatrik müayinə zamanı uşaqların qarın boşluğu orqanları, böyrəkləri, plevral boşluqları, kiçik çanaq orqanlarıda dəyərləndirilib erkən diaqnoz qoyula bilər. 

Uşaqlar üçün ultrasəs müayinəsi təcrübəli radioloqlar tərəfindən aparılmalıdır. Prosedur ağrısızdır və radiasiya olmadığı üçün xəstəliklərin diaqnostikasında çox geniş istifadə olunur.”

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3114
avatar

Nigar Adil

Oxşar yazılar