Uşaqlarda süd dişləri nə üçün bir-birindən aralı olur?
12 yanvar 2021 12:54 (UTC +04:00)

Uşaqlarda süd dişləri nə üçün bir-birindən aralı olur?

Uşaqlarla bağlı valideynləri tez-tez narahat edən mövzulardan biri də süd dişlərinin bir-birindən aralanmasıdır.

Lent.az məlumat verir ki, bununla bağlı açıqlama verən həkim-stomatoloq Rəsul Tağıyev bildirib ki, daimi dişlərin ölçüsü süd dişlərinin ölçüsündən böyükdür:

“Çənənin ön tərəfində daimi dişlər çıxmağa başlamazdan əvvəl çənə sümüyü genişlənməyə başlayır ki, bu da yaxın zamanda çıxacaq dişlər üçün lazımi qədər yer olmasını təmin edir. İlk frontal daimi dişlər 6-7 yaş arası çıxdığından 5 yaşdan etibarən uşaqlarda çənə sümüyü genişlənməyə başlayır. Nəticədə ön tərəfdəki süd dişləri bir-birindən aralanır. Bu prosesə görə narahat olmağa dəyməz. Süd dişlərə nisbətən daha enli olan daimi dişlər çıxandan sonra bu dişlər daha sıx yerləşirlər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2862
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar