Uşaqlar sağlam psixologiyada olmaları üçün valideynləri ilə gözəl anlar yaşamalıdılar. Onlarla keçirilən vaxt yaddaşlarında yaxşı və ya pis izlər qoyur.
Lent.az uşaqların unutmadığı gözəl anları təqdim edir:
- Uşaqlar ailə üzvləri ilə bir masa arxasında əyləşməyi çox sevirlər.
- Ana və atasını hər zaman xoşbəxt görmək uşağın yaddaşında ailəsi haqqında müsbət fikirlər yaradır.
- Yatmadan öncə kitab oxuma, qucaqlaşma onlara dəyərli olduqlarını hiss elətdirir.
- Həftəsonu əyləncəsi övladlarınızın bir ömür xatırlayacağı gözəl anlardan ola bilər.
- Uşaqlar kimlər tərəfindən sevildiklərini heç vaxt unutmurlar.
- Hansısa hadisəni xatırlamasalar belə, o an yaşadıqları duyğunu, nələr hiss elədikləri daim yaddaşlarında qalır.