Uşağınız niyə yalan danışır? - SƏBƏBLƏR
16 noyabr 2024 12:25 (UTC +04:00)

Uşağınız niyə yalan danışır? - SƏBƏBLƏR

Yalan danışmaq xoşagəlməz bir haldır. Uşaqlar valideynlərinə yalan danışmağa başlayanda isə vu hal daha da qəlizləşir. Niyə uşaqlar valideynlərinə yalan danışır?

Lent.az bunun səbəblərini sizə təqdim edir:

1. Uşaqlar valideynlərinin və ya digər böyüklərindən nümunə götürərək yalan danışmağa başlaya bilərlər.
2. Ailədə tərbiyə şərtləri çox sərt və ya valideynlərin tələbləri həddindən artıq olarsa, uşaq yalan danışa bilər.

3. Yalan danışmaq üçün ümumi səbəblərdən biri cəzadan qaçmaqdır. Bura qorxu və ya diqqət cəlb etmək cəhdi də aiddir.
4. Həmçinin aldatma səbəbi təxəyyül oyunu ola bilər. Bəzən uşaqlar belə təcrübələrlə məşğul olurlar.

Ancaq səbəblərdən asılı olmayaraq, valideynlər yadda saxlamalıdırlar ki, uşaq yalandan yalnız bir məqsədlə - özünü qorumaq üçün istifadə etməyə başlayır.

Uşağınıza aldatmadan çətin vəziyyətlərdən necə çıxmağı öyrətsəniz, vəziyyəti düzəldə bilərsiniz.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2286
avatar

Ləman Sərraf

Oxşar yazılar