2023-cü il yanvarın 16-da səhər saatlarına Ukraynada 1352-dən çox uşaq Rusiyanın genişmiqyaslı hücumu nəticəsində zərər çəkib.
Lent.az Ukrayna mediasına istinadla bildirir ki, ölkənin Baş Prokurorluğunun məlumatına görə, 455 uşaq ölüb, 897-dən çoxu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bu barədə Ukrayna Baş Prokurorluğu (OGP) məlumat yayıb.
3126 təhsil müəssisəsi Rusiya hərbçilərinin bombardmanları və mərmiləri nəticəsində zərər görüb, onlardan 337-si tamamilə dağıdılıb.
Məlumatda əlavə edilib ki, yanvarın 14-də Rusiyanın hücumuna məruz qalan Dneprdə doqquzmərtəbəli yaşayış binasının dağıdıldığı yerdə xilasetmə və axtarış əməliyyatları zamanı dörd yaşlı uşağın cəsədi tapılıb.
Bundan əvvəl Dneprdə raketin hündürmərtəbəli binaya düşməsi nəticəsində 7-si uşaq olmaqla 39 nəfərin yaralandığı barədə məlumat verilib.