“Barselona”nın hücumçusu Antuan Qrizman, həyat yoldaşı Erika Çoperana və qızı Miya
08 aprel 2021 17:22 (UTC +04:00)

“Barselona”nın hücumçusu Antuan Qrizman, həyat yoldaşı Erika Çoperana və qızı Miya

Üçüncü dəfə ata oldu: uşaqlarının hamısı aprelin 8-də doğulub

“Barselona”nın fransalı hücumçusu Antuan Qrizmann özünün “Twitter” səhifəsində üçüncü dəfə ata olduğunu yazıb.

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, futbolçunun və onun həyat yoldaşı Erika Çoperananın qızı doğulub. Yeni doğulan körpəyə Alba adı qoyulub. 

Maraqlıdır ki, ailədə artım aprelin 8-də baş verib. Məhz həmin gün onun böyük uşaqları dünyaya gəlib: 2016-cı il aprelin 8-də qızı Miya və 2019-cu il aprelin 8-də oğlu Amaro. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2946
avatar

Oxşar yazılar