Telefon uşaqlar  üçün təhlükəlidir – Həkimlərdən XƏBƏRDARLIQ
19 mart 2024 19:17 (UTC +04:00)

Telefon uşaqlar üçün təhlükəlidir – Həkimlərdən XƏBƏRDARLIQ

Uşaqların tez-tez telefon və digər qadcetlərdən istifadə etməsi korluq təhlükəsi yaradır. 

Lent.az “Daily Mail”a istinadən xəbər verir ki, bunu Britaniyalı oftalmoloqlar bildirib. Belə ki, həkimlər məsələ ilə bağlı valideynlərə xəbərdarlıq edib. 

Həkimlər 15-16 yaşlı yeniyetmələrin 25% - dən çoxunun miyopiyadan əziyyət çəkdiyini qeyd ediblər. Həkimlərin fikrincə, buna səbəb uşaqlıqdan smartfon və ya kompüterdən çox istifadə edilməsidir. 

Mütəxəssislər bildirir ki, mobil cihazda təsvirlərə yaxından baxanda uşaqlar onu uzaq obyektlərə keçirərək görmə qabiliyyətini yormurlar. Nəticədə, onların miyopisi degenerativ vəziyyətə qədər pisləşir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5394
avatar

Sevinc Fərid

Oxşar yazılar