Qadın oğluna 16 ad  QOYDU - FUTBOL KOMANDASI...
30 avqust 2022 10:07 (UTC +04:00)

Qadın oğluna 16 ad QOYDU - FUTBOL KOMANDASI...

Böyük Britaniyadan olan kişi sosial şəbəkədə onun 16-ya qədər adının olduğunu bildirib. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb anasının 1989-cu ildə doğulan oğluna "Arsenal" futbol komandasının 16 oyunçusunun adını qoymasıdır. 

Gəncin tam adı bütün oyunçuların adlarının siyahısı kimi səslənir: Kevin George Graham Con Lee Naygel Michael Stefan Tony David Paul Alan Brain Martin Perry Smither.

İstifadəçilər bu qədər uzun addan çaşdıqlarını və övladlarına heç vaxt bunu etməyəcəklərini bildiriblər.
 

# 3810
avatar

Fidan İlqar

Oxşar yazılar