Ötən il mart ayında ailə quran məşhur aktrisa Demet Evqar və Levent Babataşın övladı dünyaya gəlib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, cütlük körpələrinə Mavi adını verib.
Körpənin və ananın sağlamlıq vəziyyətinin yaxşı olduğu bildirilib. 42 yaşlı aktrisa ilk dəfə analıq sevincini yaşayır. Doğuşa həkim, mama və doğum psixoloqlarından ibarət qrup nəzarət edib.
Qeyd edək ki, aktrisa doğumdan bir neçə gün əvvəl dostları ilə bir araya gələrək, etdikləri ritualı sosial media hesabında paylaşmışdı.