Koronavirus bu ölkədə 40 mindən çox uşağı yetim qoydu
12 aprel 2021 09:12 (UTC +04:00)

Koronavirus bu ölkədə 40 mindən çox uşağı yetim qoydu

ABŞ-da 17 yaşınadək təxminən 43 min uşaq artıq COVID-19 pandemiyasına görə ən azı valideynlərindən birini itirib.

Lent.az xarici mediaya istinadla bildirir ki, bunu Amerika tibb assosiasiyasının jurnalında bu yaxınlarda dərc olunmuş bir araşdırma sübut edir. 

"Valideynləri COVID-19-dan ölən uşaqların sayı heyrət doğurur: qiymətləndirmələrə görə, təqribən 37.300-43.000 arasındadır”, - araşdırma sənədində vurğulanır. 

Eyni zamanda qeyd edilir ki, koronavirusdan daha çox qaradərili uşaqlar əziyyət çəkirlər. 

Digər məlumata görə, ABŞ-da 2001-ci il sentyabrən 11-də törədilən terror nəticəsində valideynsiz qalan uşaqların sayı 30 min olub. 

Con Hopkins Universitetinin məlumatına görə, ABŞ-da 31 milyon koronavirusa yoluxma faktı qeydə alınıb. Ölənlərin sayı isə təxminən 562 min nəfərdir. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3423
avatar

Oxşar yazılar