Görmə qabiliyyəti zəif olan uşaqlarla ünsiyyət qurmağa kömək edən robot yaradılıb.
Lent.az xəbər verir ki, portuqaliyalı alimlərin hazırladığı layihənin nəticələri “ACM/IEEE 2023” insan-robot qarşılıqlı əlaqəsi üzrə beynəlxalq konfransda təqdim olunub.
Görmə qüsurlu uşaqlar lazımi ehtiyaclarının ödənməsi üçün mövcud texnologiyaların olmaması səbəbindən yaşıdları ilə ünsiyyətdə çətinlik çəkirlər.
Bu problemi həll etmək üçün tədqiqatçılar “Dash” robot oyuncağını görmə qabiliyyəti zəif olan uşaqlar arasında qrup ünsiyyətinə köməklik etmək üçün uyğunlaşdırıblar.
Robot müxtəlif dinamiklər arasında hərəkət edir və sonra danışan uşağın qarşısında dayanır, mikrofonlardan istifadə edərək hər bir uşağın neçə söz danışdığını təyin edir.
Hansı uşaq həmyaşıdları ilə az ünsiyyət qurursa, robot ona yaxınlaşır.
“Dash” uşaqları söhbətə cəlb etmək üçün parlaq rəngli LED-lərdən və ifadələrdən istifadə edir.
Qeyd edək ki, bu layihə üçün xüsusi proqram təminatı hazırlanıb. Robotun yaradıcıları əmindirlər ki, hər hansı gözdən əlil uşaqlar robot vasitəsilə asanlıqla yaşıdları ilə ünsiyyət quracaq.