Doğulacaq  uşaqlar   satılır
26 mart 2024 18:47 (UTC +04:00)

Doğulacaq uşaqlar satılır

Türkiyədə doğulmamış körpənin satışa qoyulması səs-küyə səbəb olub.

Lent.az yerli mediaya istinadla bildirir ki, müasir dövrdə pula ehtiyacı olanların daxili orqanlarını satması ilə yanaşı, artıq yeni doğulan və ya doğulmayan körpələri satmaq da adi hala çevrilib.

Türkiyənin Kırıkkale şəhərində bir ana 55 günlük körpəsini 100 min tl (təxminən 5260 manat) qarşılığında satışa qoyub. O, pulsuzluqdan bunu etdiyini, həmçinin sıxıntılarını və körpəni ailəsindən gizlətdiyini söyləyib. Qeyd edək ki, satışa qoyulan körpələrin əksəriyyəti qeyri-rəsmi nikahdan doğulanlar və kimliyi olmayanlardır.

Bundan əlavə başqa şəhərdə isə bir ana 40 günlük körpəsini satmaq üçün elan yerləşdirib.

Ancaq işin daha ağlasığmaz tərəfi hələ doğulmamış körpənin satılması olub. Belə ki, Antalya şəhərində 23 yaşlı ana doğuma 30 gün qalmış qız körpəsini 110 min lirə (təxminən 5786 manat) qarşılığında satışa qoyub. O, elanda doğum pulu və digər ödənişlərin də müştərinin hesabına baş tutacağını bildirib.

Yerli jurnalistlərin əldə etdiyi məlumata görə, İzmir şəhərində bir ailə 45 min lirə (təxminən 2367 manat) qarşılığında bir universitet tələbəsi olan qızdan körpə alıb. Həmçinin başqa bir ailə doğum haqqını ödəyərək, uşaq sahibi olublar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 43335
avatar

Oxşar yazılar