Uşaqların inkişafı dövründə boyun artmasının əhəmiyyəti çox böyükdür. Uşağının uca boylu olması bir çox valideynin istəyidir. Bəs, uşaqların boyunun uzanması üçün hansı qidalardan və vasitələrdən istifadə etmək lazımdır?
Lent.az Türkiyə mətbuatına istinadən boyun uzanmasına təsir edən qidaları təqdim edir.
1. Zülalla zəngin olan qidalar
Buna misal olaraq Yulafı deyə bilərik. Yulaf yüksək miqdarda zülal ehtiva edir. Yulaf bədəndəki əzələ kütləsini artırır və yağ miqdarını azaldır. Yulaf əzməsi və ya yulaflı qidalar yemək məsləhətdir.
2. Süd və süd məhsulları
Boyun artmasına ən təsirli minerallardan biri də kalsiumdur. Kalsiumun da ən çox olduğu qidalar süd və süd məhsullarıdır. Onların tərkibindəki kalsium sümüklərin inkişafı üçün əsas vasitədir.
3. Brokoli
Sümüklər brokolini sevir. Kalsiumla zəngin olan brokoli sümüklərin də dostudur. Hamiləlikdən öncə və sonra yaranan kalsium çatışmazlığını aradan qaldırır. Boyun uzanmasına böyük təsir göstərir.
4. Quru meyvələr
Uşaqların qida rasionunda quru meyvələr də olmalıdır. Hər gün 4-5 ərik, 2 əncir qurusu, 1 ovuc qara üzüm qurusu, bir qədər küncüt yeyilməsi tövsiyə olunur.
5. Soya paxlavası
Soya paxlavası zülalla zəngin olan tərəvəzlərdəndir. Onun tərkibindəki saf zülal sümüklərin inkişafı üçün çox vacibdir. Boyun uzanması üçün gün ərzində 520 qram soya qəbul etmək kifayətdir.
6. Dəniz məhsulları
Dəniz məhsulları boy artımına kömək edən ən faydalı qidalardandır. Onların tərkibi zülal və B 12 ilə zəngindir. Hər gün olmasa da tez-tez bu qidaları qəbul etmək məsləhətdir.
Bundan əlavə, yuxu rejimi uşağın inkişafı üçün əhəmiyyətli olan amillərdən biridir. Buna görə də uşaqlar 8-11 saat ərzində yuxu yatmalıdır. Boyun uzanması, sümüklərin inkişafını təmin edən metobolik proseslər yuxu zamanı baş verir.