Ana südü ilə qidalanmayanların İQ səviyyəsi aşağı  olur – ALİMLƏR
20 sentyabr 2024 10:48 (UTC +04:00)

Ana südü ilə qidalanmayanların İQ səviyyəsi aşağı olur – ALİMLƏR

İspaniyanın “Rovira” və “Virgil” universitetlərinin mütəxəssisləri araşdırma aparıblar. 

Lent.az-ın məlumatına görə, araşdırma zamanı məlum olub ki, körpəlikdə ana südü ilə qidalanma uşaqların idrak qabiliyyətlərinə müsbət təsir göstərir. 

Alimlər 4-5 yaş arası 613 uşağın məlumatlarını tədqiq ediblər. Uşaqların psixi müayinəsi də aparılıb. Müəyyən edilib ki, bir aydan səkkiz aya qədər ana südü ilə qidalanan uşaqlar ana südü ilə qidalanmayan həmyaşıdları ilə müqayisədə bir neçə koqnitiv qabiliyyət ölçüləri üzrə daha yaxşı performans göstəriblər. Həmçinin, ana südü qəbul edənlərin daha yüksək IQ və daha yaxşı yaddaşı olduğu məlum olub.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1512
avatar

Sevinc Fərid

Oxşar yazılar