Ailənin  böyük uşağı   hansı çətinliklərlə üzləşir? - GİZLİN DÜŞÜNCƏLƏR
19 mart 2024 12:42 (UTC +04:00)

Ailənin böyük uşağı hansı çətinliklərlə üzləşir? - GİZLİN DÜŞÜNCƏLƏR

Əgər valideynlər bir neçə uşaqlı ailə qurmaq istəyirlərsə, o zaman hər bir uşağın maraqları həmişə nəzərə alınmalıdır. Bəzən nəzarətsiz qaldıqda, ailənin böyük uşağında psixoloji problemlər yarana bilər.

Ailənin böyük uşağı hansı çətinliklərlə üzləşir?

Lent.az xarici KİV-ə istinadən çətinlikləri sadalayıb:

Daha az sevgi

Təbii ki, valideynlər hər bir uşağını dəyərli görür və sevirlər. Lakin böyük uşağa göstərilən münasibət onu az sevməsini təəssüratı yarada bilər. Çünki onlar kiçik uşaqlara daha çox sevgi və nəvazişlə yanaşdığınızı görəcəklər. Bu zaman uşaqlar narahat olmağa və valideynlərinin sevgisini qazanmağın yollarını axtarmağa başlaya bilərlər.

Kiçik uşağa dayəlik 

Ekspertlər deyir ki, bu, valideynlərin edə biləcəyi ən böyük səhvdir. Böyük uşağın kiçiyə dayə kimi baxmasına icazə verməməlisiniz: siz sadəcə onu uşaqlığından məhrum edirsiniz. Buna görə də çalışın ki, valideynlik məsuliyyətinizi daha böyük uşağınızın üzərinə atmayın.

Diqqətin olmaması

Valideynlər təbii ki, kiçik övladlarına daha çox diqqət yetirirlər. Böyük uşaq bunun təbii və normal olduğunu başa düşmür. Bəzi uşaqlar bunu hər şəkildə kompensasiya etməyə çalışırlar. Buna görə də bütün uşaqlarınıza kifayət qədər diqqət yetirməyə çalışın.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4602
avatar

Fidan İlqar

Oxşar yazılar