İtaliyada uzun illər əcnəbilərdən gizli saxlanılan səyahət bölgəsi kimi tanınan şəhərin adı açıqlanıb.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, bu şəhərin adı Riminidir.
Bildirilir ki,Adriatik dənizinin sahilini əhatə edən cığır boyunca uşaqlı ailələri, əl-ələ tutaraq gəzən yaşlı cütlükləri görmək mümkündür. Şəhərdə piyada dəniz parkı yerləşir.
Cığır boyunca təxminən 150 çimərlik klubu, restoranlar, parklar, idman zalları və bir çox başqa obyektlər yerləşir.
Lakin, əgər sahildən kənara çıxıb velosipedlə şəhərin içinə getsəniz parlaq və maraqlı binaları görə bilərsiniz. Bu, restoranları və çayın sahilindəki masaları ilə məşhur olan Balıqçı kəndi Borgo San Giulianodur.
Yaxın küçələrdə rejissor Federico Fellini və onun filmlərinin qəhrəmanlarının təsvir olunduğu bir neçə freska mövcuddur.
Şəhərdə doğulan bu rejissora həsr olunmuş iki muzey var. Muzeylərin birində yelləncəkdə oturaraq obrazların oyununu izləyə və ya “Şirin həyat” filmindəki Anita Ekberq Silyviya obrazının nəhəng heykəli olan divanda dincələ bilərsiniz.
Riminidə Fellini ilə əlaqəli daha bir parlaq bina Grand Hotel Riminidir. 1908-ci ildə tikilmiş bu oteldə məşhur rejissor qalıblar.
Şəhərdə səkkiz UNESCO abidəsi, italyan şairi Dante Alighierinin məzarı və Palazzo Guicciolidə yerləşən Bayron Muzeyi var. Bu muzey lord Bayronun 1819-1821-ci illərdə sevgilisi Teresa Gamba və onun həyat yoldaşı qraf Alessandro Guiccioliilə yaşadığı evdə fəaliyyət göstərir.
Muzeydən bir neçə dəqiqəlik məsafədə VI əsrə aid səkkizbucaqlı San Vitale Bazilikası yerləşir. Burada göz oxşayan və əla qorunub saxlanmış şüşə mozaikalar mövcuddur.