2024-cü ildə İspaniyada həddindən artıq turist sayına görə dözə bilməyən yerli sakinlər tərəfindən turizm əleyhinə etirazlar xüsusilə güclənib. İnsanlar xüsusilə Barselona və Mayorkada fəal şəkildə etiraz ediblər.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, isti tətil mövsümünün başa çatması ilə ispanlar arasında gərginliyin azalacağı görünsə də, ötən həftə sonu problemin yerli sakinlər üçün hələ də aktual olduğunu görünüb.
İspaniyanın məşhur Kanar adalarında günəşin son şüalarından həzz almağa çalışan turistlər, minlərlə yerli əhalinin sıxışdıran mənzil bazarında overturizmə qarşı çıxışı zamanı şiddətli etirazların ortasında tapıblar. “Kanar adalarının həddi var” şüarı altında sakinlər eyni vaxtda Qran Kanariya, Tenerife, La Palma, Fuerteventura, Lanzarote və El Hierroda nümayiş keçirərək, adalar üçün turizm modelinin dəyişdirilməsinə çağırıblar.
Belə ki, Tenerifedəki Playa de las Americas meydanında etirazçılar “Bu çimərlik bizimdir” şüarları səsləndirərək günəş vannası qəbul edən tətilçilərin düz ortasında gəziblər. Fəallar deyirlər ki, hər il milyonlarla ziyarətçinin gəlişi su kimi məhdud təbii ehtiyatları tükəndirir və ətraf mühitə zərər verir.
"Biz turizm modelini elə dəyişməliyik ki, o, burada sərvət qoysun, bu torpağın gözəl olduğuna görə sahib olduqlarını qiymətləndirsin" - deyə yerli əhali etirazlar etməyə davam ediblər. İspaniya hökumətinin məlumatına görə, aksiyada ən azı 8 min insan iştirak edib. Bu arada yüzlərlə etirazçı oktyabrın 19-u şənbə günü Valensiya küçələrinə çıxıb, turist mənzillərinin qiymətləri qaldırdığını söyləyərək daha sərfəli mənzil tələb edib.