Keçən həftə “AvtoVAZ”ın satış və marketinq üzrə vitse-prezidenti Dmitri Kostromin kiçik bir sensasiyanın müəllifi olub - məlum olub ki, Tolyattidə yeni “Lada” tam sürətlə hazırlanır!
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, üstəlik, istehsal versiyasının prototipini gələn il ictimaiyyətə nümayiş etdirəcəklərinə söz verirlər. Gələcək “Lada”nın ilk fotosu yayılıb.
Məlumdur ki, yeni avtomobil “Lada Vesta” ailəsinin platformasını alacaq.