Yanvar ayının  ən yaxşı telefonları   - SİYAHI
08 fevral 2024 15:44 (UTC +04:00)

Yanvar ayının ən yaxşı telefonları - SİYAHI

2024-cü ilin yanvar ayı üçün ən güclü Android smartfonlarının reytinqi açıqlanıb. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, siyahıya “Nubia Red Magic 9 Pro” başçılıq edir.

“Nubia Red Magic 9 Pro” smartfonu “Snapdragon 8 Gen 3” prosessorunda işləyir və 16 GB RAM ilə gəlir. Mobil cihaz testdə ümumi olaraq 2 096 559 bal toplayıb. İkinci yerdə eyni spesifikasiyalar və 2.045.064 xalla “iQOO 12” qərarlaşıb. İlk üçlüyü 2,024,711 xal toplamaqla eyni xüsusiyyətlərə malik “Nubia Z60 Ultra” modeli tamamlayıb.

Bu liderlərdən sonra “Vivo X100 Pro” (1.974.891 xal), “Samsung Galaxy S24” (1.846.680 xal), “Galaxy S24 Plus” (1.721.185 xal), “Galaxy S24” (1.624.255 xal), “Xiaomi Mi 13” (1.541.517 bal) və “Galaxy S2” (1.541.517 xal) olub. 
 

# 11901
avatar

Sevinc Fərid

Oxşar yazılar