Dünyada elektromobil istehsalı üzrə rəqabət getdikcə güclənir.
Lent.az xarici mediaya istinadla bildirir ki, son illərin ən məşhur Çin texnologiya şirkəti “Xiaomi” də elektromobil hazırlamaq üçün tədbirlər görür.
İrəli sürülən iddiaya görə “Xiaomi” öz avtomobilini istehsal etməsini strateji bir addım kimi xarakterizə edir. Alınan məlumatlara görə yol xəritəsinin hələlik aydın olmadığı və bu qərarın fərqli ola biləcəyi vurğulanır.