WhatsApp  köhnə smartfonlarda   işini dayandıracaq: Bu tarixdən
06 mart 2025 19:17 (UTC +04:00)

WhatsApp köhnə smartfonlarda işini dayandıracaq: Bu tarixdən

Mart ayında məşhur WhatsApp messenceri bir çox smartfon modellərində işləməyəcək. Tərtibatçılar bu tətbiqdə çətinlik çəkəcək modelləri açıqlayıblar.

Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, tərtibatçıların qeyd etdiyi kimi, bu cür dəyişikliklər tətbiqin yeni funksiyaları və yeniləmələrinin köhnə əməliyyat sistemləri ilə işləyə bilməyəcəyi ilə bağlıdır. Qeyd edilir ki, bundan sonra dəstəklənməyəcək cihazların siyahısına “Apple iPhone”un bir neçə köhnə modeli, o cümlədən “iPhone 6” və “iPhone 6 Plus” daxildir.

"İOS-un əvvəlki versiyaları olan modellər "WhatsApp"sız qalacaq. Bu qurğular mayın 5-də messenceri dəstəkləməyi dayandıracaq. Tətbiq hazırda iOS 12 və ya daha yeni versiyaları olan "iPhone"larda işləyir. "WhatsApp" 15.1-dən aşağı iOS əməliyyat sistemli modellərdə də işini dayandıracaq", - Meta şirkətindən  bildirilib.

WhatsApp martın 10-dan hansı smartfonlarda fəaliyyətini dayandıracaq?

Söhbət Android 4.4 KitKat əməliyyat sistemi və köhnə versiyalarda işləyən smartfonlardan gedir.

“WhatsApp”ın işləməyi dayandıracağı smartfonlar:

Samsung Galaxy S3;

Samsung Galaxy Note 2;

Motorola Moto G;

HTC One X;

LG Optimus G;

Nexus 4;

Sony Xperia.

Tətbiqdən məlumat saxlamaq üçün əvvəlcə məlumatların ehtiyat nüsxəsini çıxarmalı və yeni qadcetə köçürməlisiniz.

Daha əvvəl “WhatsApp” tərtibatçıları messencerdə səsli mesajları dinləmək imkanı olmayan və ya bəyənməyənlərin həyatını asanlaşdıracaq yeni funksiyaya malik olduğunu açıqlamışdılar.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 378

Oxşar yazılar