“Whatsapp” irimiqyaslı yeniləmələr edəcək: RƏSMİ
16 aprel 2022 21:20 (UTC +04:00)

“Whatsapp” irimiqyaslı yeniləmələr edəcək: RƏSMİ

Məşhur "Whatsapp" mesajlaşma proqramını tezliklə irimiqyaslı yenilənmə edəcək. 

Lent.az xəbər verir ki, bu barədə şirkət özü rəsmi məlumat yayıb. 

Məlumata görə, yeni özəlliklərdən biri “Communities” funksiyasının istifadəyə verilməsidir. Bu yenilik sayəsində istifadəçilər daha çox qrupda müzakirə apara biləcəklər. Həmin qruplarda 32 nəfər birlikdə qrup zənglərinə qoşula biləcək, 2 GB-a kimi olan fayllar göndərilə biləcək. 

Bununla yanaşı, mesajların yönləndirilməsi məhdudlaşdırılacaq. Buna səbəb isə “fake” informasiyaların yayılmasının qarşısını almaqdı. Belə ki, “Whatsapp” istifadəçilər qrup daxilində ancaq bir mesajı yönləndirə biləcəklər. 

Meta şirkətinin sahibi Mark Zukerberq bu yeni funksiyaların tədricən istifadəyə veriləcəyini bildirib. O, onlayn mesajlaşmalarda təkamül yaradacağını iddia edib. 


 

# 3423
avatar

Sevinc Fərid

Oxşar yazılar