“WhatsApp”, “Instagram”, “Facebook”da  qlobal problem   yarandı - YENİLƏNİB
05 mart 2024 20:44 (UTC +04:00)

“WhatsApp”, “Instagram”, “Facebook”da qlobal problem yarandı - YENİLƏNİB

"Meta" şirkətinə məxsus "Facebook", "Instagram" kimi beynəlxalq platformalara daxil olmada problem yaşanır.

Lent.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.

Bildirilir ki, problem lokal deyil, qlobal xarakter daşıyır. Şirkət hələlik problemlə bağlı rəsmi məlumat yaymayıb.

***

Saat 19:44

“Whatsapp”, “Facebook” və “Intagram” proqramlarında böyük fasilə yaranıb, nəticədə istifadəçilər texniki problemlər üzündən səhifələrinə daxil ola bilmirlər.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, “Downdetector” xidmətinin məlumatına görə, belə ciddi problem bütün dünyada müşahidə olunur.

Sosial şəbəkə istifadəçilərinin avtomatik hesabdan çıxışı müşahidə olunur, yenidən hesaba giriş isə mümkün olmur.

# 6729
avatar

Oxşar yazılar