“Volkswagen”-in baş direktoru Tomas Şefer bildirib ki, Volkswagen markası 2027-ci ilə qədər səkkiz yeni ucuz elektrik avtomobil modelini təqdim edəcək.
Lent.az xəbər verir ki, Şefer brendin elektrikli avtomobil bazarında yerini gücləndirmək üçün yeni hədəflərini açıqlayıb.
O 2027-ci ilə qədər bazara çıxarılacaq səkkiz yeni əlverişli elektrik avtomobil modeli ilə Volkswagen-in bazar payını yenidən qazanmağı planlaşdırdıqlarını ifadə etdi.
Bundan əlavə, o ID.2 modelinin inkişaf müddətinin 50 aydan 36 aya endiriləcəyini açıqlayıbı.
Bu strategiya Volkswagen-in elektromobil bazarında rəqabətli mövqe əldə etmək səylərinin bir hissəsi hesab olunur.
Xüsusilə sərfəli modellərin vurğulanması elektrik avtomobil texnologiyasının geniş kütlələrə yayılmasına töhfə verəcək.