Universitet qandan alınan kök hüceyrələri  satır
08 fevral 2023 07:36 (UTC +04:00)

Universitet qandan alınan kök hüceyrələri satır

Yaponiyanın Kioto Universiteti yaponların qanından alınan induksiya edilmiş kök hüceyrələrin (iPS hüceyrələri) satışına başlayıb. Onlardan müxtəlif orqanların toxumalarını yetişdirmək, həmçinin dərman preparatlarının hazırlanmasında istifadə etmək olar.

Lent.az NHK telekanalına istinadla xəbər verir ki, qiyməti 50000 yen (təxminən 380 dollar) olan bir dəst təxminən 200 min kök hüceyrədən ibarətdir. Sifarişin hazırlanması və müştəriyə, o cümlədən xaricə göndərilməsi bir həftə çəkir.

“Ümid edirik ki, bizim təşəbbüsümüz müxtəlif tədqiqatların aparılmasına kömək edəcək, onların nəticələri xəstələrin müalicəsində istifadə olunacaq”, - Kyoto Universitetinin nümayəndəsi bildirib.

iPS hüceyrələri müəyyən kimyəvi təsirlər altında istənilən növ hüceyrələrə çevrilə bilər ki, bu da nəzəri olaraq müxtəlif orqanların toxumalarını inkişaf etdirməyə imkan verir. Lakin bir sıra mütəxəssislərin fikrincə, böyümüş toxumaların transplantasiyası bədxassəli şişlərin yaranmasına səbəb ola bilər.

# 3531
avatar

Oxşar yazılar