“Twitter”də bunlar da   PULLU OLACAQ
03 noyabr 2022 18:07 (UTC +04:00)

“Twitter”də bunlar da PULLU OLACAQ

İlon Mask “Twitter”də daha bir funksiyanı pullu etməyi planlaşdırır. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, artıq “Twitter” istifadəçilərinə ödənişli video yükləmək imkanı verəcək. 

Kontent sahibi videonu yükləyərkən 4 variantdan birini seçə biləcək: Bir, iki, beş və ya 10 dollar. Nəticədə ödəniş etməmiş istifadəçilər baxış sayını görə bilməyəcək. 

Bununla yanaşı, videoya baxmaq da pullu olacaq. Ödəniş etməmiş şəxslər kontenti görə bilməyəcək. Lakin istifadəçilər həmin "tweet"ləri bəyənə və "retweet" edə biləcəklər. 

Qeyd edək ki, yeni funksiyanın 1-2 həftə ərzində təqdim ediləcəyi gözlənilir. 

# 3207
avatar

Sevinc Fərid

Oxşar yazılar