TikTok  tətbiqi Azərbaycan dilində istifadəyə verildi
18 sentyabr 2024 12:17 (UTC +04:00)

TikTok tətbiqi Azərbaycan dilində istifadəyə verildi

Qısa videolar üzrə aparıcı platforma olan TikTok, tətbiqin istifadəçilər üçün daha rahat və əlçatan olmasını təmin etməyə çalışır. TikTok böyük məmnuniyyətlə tətbiqin artıq Azərbaycan dilində də mövcud olmasını elan edir. 

Azərbaycan dili seçimi Android və İOS cihazları üçün tətbiqin son buraxılışına əlavə olunub. İstifadəçi interfeysinin lokalizasiyası TikTok platformasını azərbaycandilli istifadəçilər üçün əhəmiyyətli dərəcədə asanlaşdıracaq. 

TikTok tətbiqində istənilən vaxt interfeys dilini dəyişə bilərsiniz. Dil parametrlərini dəyişmək üçün:
1. Aşağı sağ küncdə "Profil”ə klikləyin;
2. Parametləri açmaq üçün yuxarı sağ küncdəki üç sətir işarəsinə klikləyin;
3. “Parametrlər və Məxfilik” bölməsini seçin;
4. “Tətbiq dili”ni seçin;
5. Siyahıdan Azərbaycan dilini və ya başqa bir dili seçin.  

TikTok haqqında

TikTok aparıcı qısa video tətbiqidie. Bizim missiyamız insanları yaradıcı olmağa ruhlandırmaq və onlara sevinc bəxş etməkdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 600
avatar

Oxşar yazılar