Tesla Böyük Britaniyada tamamilə yeni Model 3-ü təqdim edib.
Lent.az xəbər verir ki, tam dolu batareya ilə avtomobilin 700 km qət edə biləcəyi bildirilib.
Yeni Tesla Model 3-ə “Uzun Mənzilli Real Təkər” adı verilib. Adından da anladığımız kimi, uzun mənzilli arxa təkərli versiya olan avtomobilin yürüş məsafəsi 700 km olaraq açıqlanıb.
Tesla Model 3 ABŞ-da 40-45 min dollar civarında satışa çıxarılır. Bununla belə, yeni modelin yürüşü onu Mercedes-Benz EQS kimi yüksək səviyyəli elektrik modelləri səviyyəsinə çatdırır.